“20-24 iyunda 28 minə yaxın müəllim sertifikatlaşma imtahanı verəcək”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, imtahan verəcək müəllimlərdən 8 500 yaxını Azərbaycan dili və Ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif müəllimidir:
“İmtahandan keçən müəllimlər üçün müsahibə mərhələsinin avqust ayında keçirilməsi nəzərdə tutulur”.
ARTİ rəsmisi onu da qeyd edib ki, 5 700-dən çox müəllimin yaşı 60-dan çox olduğuna görə onların imtahana dəvəti geri götürülüb.
Daha çox foto burada: PhotoStock.Az
Aysel Aslan
Rəylər