Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
6 yaşlı Zəhranın anası yardım gözləyir: “Balam ətrafdakılara möhtac qalıb, yeriyə bilmir” - FOTO
2016-cı il təvəllüdlü Əsədova Zəhra Bəxtiyar qızı “Spina bifina” adlı xəstəlikdən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Əsədova Leyla Tofiq qızı məlumat verib.
O qeyd edib ki, övladı doğulduğu zaman onda bel-oma və büzdüm sümüyü aşkarlanmayıb:
“Onun beldən aşağısı tam deformasiya olunub. Nəcis və sidik ifrazı qeyri-iradidir. Qızımın 6 yaşı olmasına baxmayaraq, yeriyə bilmir və ətrafdakıların köməyinə möhtacdır. Həmçinin Zəhranın diz və topuq oynaqları da deformasiya olunub. 90 faiz bağırsaqları əməliyyatla çıxarılıb. Zəhra təcili əməliyyat olunmalıdır. Hər iki çanağına implant qoyulacaq. Bunun üçün Türkiyədə özəl klinikalardan birindən bizdən 20 min manat pul tələb edilir. Bu pulun cəmi 4 minini toplaya bilmişik. İmkanlı şəxslərdən xahiş edirəm balamın yeriməsi üçün mənə kömək etsinlər”.
Ailə ilə əlaqə: 055 982 76 26 / 070 982 76 26
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə helikopter binaya çırpıldı: Ölənlər var
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
Rəylər