ABŞ səfirlikləri və konsulluqları hal-hazırda elektron sistemdə texniki çətinliklər yaşayır. Bu səbəbdən ABŞ pasport və viza işləmələrində, habelə elektron yazışmalarda ləngimələr ola bilər.
Oxu.Az ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər verir ki, ABŞ vətəndaşlarının elektron sorğularına cavablandırmada da gecikmələr ola bilər. Növbədənkənar yardım üçün ABŞ vətəndaşları öz səfirlik və konsulluqları ilə telefon əlaqəsi saxlamalıdırlar.
Bundan əlavə, müsahibəsi bu həftəyə təyin edilmiş tələbə və ya mübadilə proqramları vizası üçün müraciət edən ərizəçilər özləri ilə SEVİS ödəməsi haqqında arayış gətirməlidirlər.