ABŞ-ın Müdafiə Nazirliyi sentyabrdan qanuni homoseksualist (“qoluboy” – gey) hərbçi ailələrinə əvvəllər sahib olmadıqları güzəştləri təqdim edəcək.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Pentaqondan eynicinsli nikaha daxil olmuş hərbi qulluqçu ailələrinin tibbi sığorta, mənzil güzəştləri və ailə başçısının itirilməsinə görə pul alacaqlarını bildiriblər.
Bundan başqa, nazirlik ABŞ ərazisində gey-nikahların qanuniləşdirilmədiyi ştatlarda xidmət edən hərbçilərə həmin nikahlara icazə verilən digər ştatlara getmək üçün
Nazirlik güzəştlərin artırılması haqqında qərarı ABŞ Ali məhkəməsinin Nikahın müdafiəsi haqqında Qanunun ailə ittifaqını kişi və arvad arasında qanuni münasibətlər kimi müəyyənləşdirən hissəsini ləğv etmiş qərarı ilə əlaqələndirir.
Ümumilikdə, ABŞ hərbçiləri arasında münasibətləri olan 17 minə yaxın homoseksual var.