Baku TV-nin "Necə olmalıdır?" rubrikasında bu dəfə Ziya Bünyadov prospektinin köməkçi yolu və Azadlıq prospektinin kəsişməsində hərəkətin təşkili ilə bağlı problem diqqətə çatdırılıb.
Bildirilib ki, ərazidə mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verir. Buna səbəb sürücü səhlənkarlığı və hərəkətin düzgün təşkil edilməməsidir.
Qeyd edilib ki, Ziya Bünyadov prospektindən gələn avtomobillər üçün "Yol ver" nişanı var, körpünün altından çıxan sürücülər hərəkət üstünlüyünə malikdirlər. Bu isə kəsişmədə konflikt nöqtəsi yaradır.
Problemin həlli üçün körpünün altından gələn avtomobillərin sola dönməzdən əvvəl dayandığı işıqforla nizamlanan kəsişmənin təşkili təklif olunur. Belə ki, körpünün altından hərəkətə icazə verilən zaman köməkçi yolda hərəkət edən avtomobillər üçün qırmızı işıq yanmalıdır.