"Ötən gecə Suraxanı rayonu, aeroport şosesində ölümlə nəticələnən qəza saat 23:00-da baş verib".
Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
"Qəza nəticəsində KIA markalı, 77-YF-704 dövlət nömrə nişanlı minik avtomobili "KamAZ"la (11-BE-212) toqquşub. Nəticədə KIA-nın sürücüsü və bir sərnişin xəsarət alıb, digər sərnişin isə hadisə yerində həlak olub", - deyə polis kapitanı qeyd edib.
Bu gecə Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin yüksək sürətlə hərəkətdə olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Təfərrüatla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu verilib.
Əzizə İsmayılova