Sabunçu rayonu, Aeroport şosesi, "Sabunçu" körpüsünün yaxınlığında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də mərkəz istiqamətlərində sıxlıq yaranıb.
