Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Afrika səhralarından Bakıya gələn toz-duman nə qədər davam edəcək? - AÇIQLAMA
“Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub”.
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib:
“Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”.
Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə edilir. Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir:
“Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır”.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
- Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"