Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Afrika və Avropanın ən hündür zirvələrini fəth edən azərbaycanlı qadın
"Zirvələrə çıxmaq mənim üçün aktiv istirahət növüdür".
Bu sözləri azərbaycanlı alpinist Mina Əliyeva Baku TV-yə müsahibəsində deyib.
Mina Əliyeva qalxdığı zirvələrdən bəhs edib. O, bir çox 4 minlik zirvələrimizi fəth etdiyini deyib: "Azərbaycanın ən hündür zirvəsi Bazardüzünə 2 dəfə dırmanmışam. Afrikanın ən hündür zirvəsi olan Kilimancaro daim məni cəlb edirdi. 5895 metr hündürlüyü olan zirvə mənim üçün əlçatmaz idi. İki həftəlik ekspedisiyanın sonunda zirvəni uğurla tamamladım. Elbrus zirvəsinə 5 gün 5 saata çıxdım. Maraqlıdır ki, bu zirvəyə çıxanda heç həyəcanlı deyildim, özümə tam əmin idim".
O, alpinistlər üçün geyimin çox önəmli olduğunu bildirib: "Düzgün geyiminiz varsa, demək olar ki, zirvəni yarılamısınız. Daha sonra qidalanma çox önəm daşıyır. Ən əsası isə psixoloji hazırlıqdır".
Mina Əliyeva deyir ki, alpinist olduğu üçün onu qınayanlar var: "Deyirlər ki, sən anasan, dağa niyə çıxırsan? Əvvəl belə deyiləndə hirslənirdim, pis olurdum. Amma heç nəyə fikir verməyib yoluma davam etdim".
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Güclü yağışa görə dəyən zərər necə kompensasiya ediləcək?
- Azərbaycanla Gürcüstan arasındakı diplomatik əlaqələrin sıxlaşma SƏBƏBİ nədir?
- Ölkəmiz boşanmalara görə Avropada ilk üçlükdədir? - Mütəxəssislərdən AÇIQLAMA
- Tarzən Zamiq Əliyev: "Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz"
- Heyvan hücumlarını önləyən texnologiyanın iş prinsipi nədir?