Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova yeni vəzifə verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, “Ağ canavar” ləqəbli Eduard Məmmədov Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində “baş inspektor” vəzifəsinə təyin edilib.
İlhamə Əbülfət