Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağaclara qarşı soyqırım davam edir – Foto
Bir neçə gün bundan əvvəl Sumqayıtın Nəsimi parkında, Mehdi Hüseynzadə adına stadionun arxasındakı şamlıqda 50-yə yaxın çoxillik şam ağacları üstünə benzin tökülərək yandırılıb və sonra kəsilib.
Oxu.Az Bolgexeber.com-a istinadən xəbər verir ki, ağaclar həmin yerdə restoran tikiləcəyi səbəbindən soyqırıma məruz qalıb.
Qeyd edilir ki, Sumqayıtda həmin yerlərin qiyməti 100 minlərlə ölçülür və buna görə də, ağaclar özbaşına kəsilə bilməz.
Sumqayıtda yaşıllıqların kütləvi surətdə qırılması dəfələrlə baş verib.Hətta bir müddət əvvəl, aprelin 13-də Azərbaycan prospektində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 100-ə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdi ki, ağacların bu soyqırımı bir neçə gün mətbuatın gündəmindən düşmədi.
Hətta icra başçısı Eldar Əzizov bu hadisə geniş mətbuata yol açıb böyüyəndən sonra demişdir ki, icra hakimiyyətinin bundan xəbəri olmayıb, Rusyada yaşayan hansısa biznesmen bu işi gizlincə gördürüb.