Bakının Nərimanov rayonunda dibləri asfaltlanan ağaclara aqrotexniki qulluq göstərilib.
Bu barədə Baki Şəhər Yaşıllaşdırma Təsərrüfatı tərəfindən məlumat verilib.
Belə ki, müvafiq göstərişə uyğun olaraq ağacların dibi asfaltdan təmizlənib.




İlhamə Əbülfət
15:56
Bakı şəhərində ağacların dibinə asfalt tökülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.
Fotonun paytaxtın Nərimanov rayonu ərazisində çəkildiyi qeyd olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirib ki, məsələ barədə araşdırma aparılır.

