Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ağamirzə Məmmədov: “Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur”
“İki gün əvvəl Ağakərimin yanında idim. O, artıq uzun müddətdir ki, evdə uzanıqlı vəziyyətdə qalıb. 10 dəfə salam verdim, ancaq üzümə baxır”.
Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Söz xiridarı 58 yaşlı həmkarı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyişin olmadığını və danışıq qabiliyyətini itirdiyini açıqlayıb.
“Bəzi dərmanlar qəbul etmişdi, danışa bilmirdi. Dedilər ki, 3-4 saatdan sonra dərmanın təsiri gedəcək və o, danışacaq. Lakin danışmadı, indi də danışa bilmir. Ağakərimin yanında olanda o yalnız diqqətlə gözlərimin içinə baxırdı. Hiss edirəm ki, məni tanıyır. Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur. Nə qədər yaşadı, yaşadı”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib.
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA