Ağcabədi sakinlərinin gününü qara edən “avtoş” tutulub.
Oxu.Az xəbər verir ki, rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Dadaş İbrahimovun Qafqazinfo-ya verdiyi məlumata görə, ictimaiyyəti narahat edən hərəkətlərə yol verdiyinə görə və yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğuna görə 16 yaşlı Şükürzadə Rəvan Kamil oğlu “VAZ 2107” markalı avtomobillə tutulub.
Onun 90-DE-888 dövlət nömrə nişanlı avtomobili cərimə meydançasına aparılıb.
Qeyd edək ki, son iki həftədə 469 yol hərəkət qayda pozuntusu ilə bağlı protokol tərtib edilib.
Bunlardan 11 nəfər sərxoş, 6 nəfər isə sürücülük vəsiqəsi olmadığı üçün saxlanılıb.
5 nəfər barəsində inzibati həbs tərtib edilib, 1 nəfər isə 500 manat məbləğində cərimələnib.
E.Ə.
www.oxu.az