Ağcabədi şəhərində ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.