Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən dönərxanada yanğınla müşayiət olunan partlayış baş verib və yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.
Hadisə ilə əlaqədar olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı partlayışın ilkin ehtimala görə dönərxananın yaxınlığından keçən yeraltı qaz kəmərindən obyektə qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11:33
Ağcabədi şəhərində ümumi sahəsi 24 kvadratmetr olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 kvadratmetr sahədə yanıb. Yanğın zamanı iki nəfər yanıq xəsarəti alıb.
Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.