Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağcabədidə hamilə qadının dəhşətli addımı
Ağcabədidə intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb.
Sakinlərdən verilən məlumata görə, qadın hamilə olub.
Ağcabədi rayon Prokurorluğundan bildirdilər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyiti həyətdəki tövlədə asılı vəziyyətdə aşkar olunub.
İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.
Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub.
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb