Ağcabədidə qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.
Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.