Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO
Ağdamda yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
77-YD-327 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə 02-BU-150 nömrə nişanlı VAZ markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

Ən çox oxunanlar
Rəylər