Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qaynar xətt:
(055) 224 12 12