Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Agentlik sədri: “Müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib” - FOTO
“44 günlük Vətən müharibəsindən sonra agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
Agentlik sədri bildirib ki, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə təmin ediliblər:
“Bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub”.
Eyni zamanda son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin açıldığı qeyd edilib.
A.Bayramov bildirib ki, aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli