Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağır yanıq xəsarətləri alan Fəridin anası: "Bint almağa da imkanımız yoxdur"
Bir yaş beş aylıq Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb.
"Biz Sabirabad rayonunda yaşayırıq. Fərid bir yaş beş aylıqdır. O, martın 10-da iməkləyərək çaydanı üzərinə aşırıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız olmadığı üçün çıxmalı olduq".
Gənc ana övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu deyib.
"Fəridin hazırda mazlarını və dərmanlarını ala bilmirəm. İnanın, son bir neçə gündür, yaralarını açıb dəyişməyə bint belə yoxdur. Uşaq bütün gün ağlayır, yemək də yeyə bilmir ağrıdan. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 593-99-79.
"Kapital Bank": 4169 7388 6235 3815.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ata qızına kömək üçün yalvarır: "Balamın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"