Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağır yanıq xəsarətləri alan Zəhranın dəstəyə ehtiyacı var
İki yaşlı Zəhranın dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Şəbnəm Abbasova məlumat verib.
O bildirib ki, övladı bədbəxt hadisə nəticəsində yanıb:
"Zəhranın iki yaşı var. O, bir il öncə çaynikin kabelini üzərinə çəkərək, isti suyu üstünə aşırdıb. Hadisədən sonra bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir neçə ay orada müalicə aldıq. Evə çıxdıqdan sonra isə sizin izləyicilərin dəstəyi ilə onun müalicələrini davam etdirə bilmişik".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Övladımın müalicəsini davam etdirə bilməsi üçün 800 manata ehtiyacımız var. Zəhra balaca olduğu üçün yaralarını qaşıyır, bəzən yaraları yenidən açılır. İnanın, vəziyyətimiz çox ağırdır. Zəhranın maz və yağlarını almağa, dərmanlarını almağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 351-56-54.
"Kapital Bank": 4169 7388 1161 8556.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var