Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus "Mercedes" avtomobilini idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılıb.
Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.