Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağsu dolaylarında “Mercedes-Benz” aşıb: Ata və oğlu öldülər
Ağsu dolaylarında ölümlə nəticələnən qəza baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil dərəyə aşıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Əmir Ağaxan oğlu Xangəldiyev və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
"Ağsu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar