Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağsu sakini Şamaxıda ağac parçası ilə DÖYÜLDÜ
Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb.
Oxu.Az xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda istintaq araşdırmaları davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Polis Cəlilabadda əməliyyat keçirdi, 13 kiloqram narkotik vasitə və həblər aşkarlandı
- MÜTDA: "Son zəng"də təlimata əməl etməyən direktor və sinif rəhbərləri tənbeh ediliblər"
- Vətəndaşları şantaj edən sayt rəhbərlərinə hökm oxundu
- Paytaxtda taksi sürücülərinin etik davranışı ilə bağlı tədbir görüldü: Saxlanılanlar var
Ən çox oxunanlar