Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2 670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin