Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bugünkü seldə ölən sahə rəisinin FOTOSU
Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Ayətullayev həlak olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, P.Ayətullayevin 4 övladı var.
Həlak olan şəxsin fotosunu təqdim edirik:
Ağsuda selin ekskavatoru aparması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan üç nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs podratçı şirkətin sahə rəisi olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Aygün Mirakif
Ağsuda güclü sel ekskavatoru aşırıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Pərviz Qəni oğlu Ayətullayev həlak olub, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.