Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Haber Global": "Türkiyə və Azərbaycan öncül oldu, Türk Dünyasında bir ilkə imza atıldı"
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan və Türkiyənin liderliyi sayəsində yaradılan Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) ilə bağlı reportaj hazırlayıb.
Oxu.Az xəbər verir ki, reportajda Türk dünyasında əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan TÜREK-in yaradılması ideyasının təşəbbüskarları Azərbaycan və Türkiyənin reklam strukturları olduğu vurğulanıb.
Süjetdə TÜREK-in yaradılmasının Türk dünyasına qazandırdığı üstünlüklər yer alıb. Qeyd olunub ki, birliyin yaradılması ilə türk brendləri qlobal səviyyəyə çıxmaq imkanı əldə edəcək.
"Yeni strukturun mərkəzi ofisi İstanbulda yerləşəcək. TÜREK türk dövlətlərinin reklam sənayesində sinerji yaratmaq, mal və xidmətlərin rəqabət qabiliyyətini artırmaq məqsədilə çoxsaylı layihələr həyata keçirməyi planlaşdırır. Quruma sədrlik ilk iki il Türkiyəyə tapşırılacaq, daha sonra Azərbaycana keçəcək. Təşkilat digər türk dövlətlərinin, eləcə də diaspor strukturlarının iştirakına açıqdır", - reportajda deyilir.

"Haber Global" teqi üzrə xəbərlər
- Türkiyə prezidenti suriyalı qaçqın uşaqların qarşısında çıxış edib
- İstanbulda dünənki zəlzələdən sonra yeddi binada xəsarət qeydə alınıb
- İspaniyalı jurnalist Tomas Roncero: "Arda Güler Qutinin DNT-sinə sahibdir"
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında
- Qalmaqallı bloqer Şeyma Subaşı konfransda tələbələr qarşısında çıxış etdi, tənqid olundu