Gəncə şəhərində intihar hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Təbriz küçəsi, ev 234-də yaşayan 83 yaşlı Əhməd Qarayev özünü asaraq intihar edib.
Qonşuların dediyinə görə, onun Rusiyada yaşayan oğlu bir il əvvəl vəfat edib. Oğlunun ölüm xəbərini eşidəndən sonra Ə.Qarayev depressiyaya düşüb.
Oğlunun nədən öldüyünə dair məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev