Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AİJA Həmid Həmidovun iştirakı ilə “Jurnalistika və bloqinq” mövzusunda onlayn görüş keçirəcək – FOTO
Tanınmış jurnalist-bloqer, “Global Media Group”un Media Direktoru Həmid Həmidovla “Jurnalistika və bloqinq” mövzüsünda onlayn görüş olacaq.
Onlayn görüş UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən keçiriləcək.
Oxu.az və inSportPress-lə birgə, Etopaz-ın baş sponsorluğu, Media.az, İdman TV, Qazet.az və Estafet.az-ın informasiya dəstəyi ilə baş tutacaq görüşdə idman jurnalistləri, jurnalistika fakültələrinin tələbələri və məzunları iştirak edə biləcəklər.
Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi təşkil olunacaq görüşdə iştirak etmək istəyənlərin [email protected] elektron poçtuna və ya +994507656877 vatsap nömrəsinə şəxsiyyəti təsdiq edəcək sənəd, iş vəsiqəsi və ya tələbə biletinin fotosunu göndərməklə qeydiyyatdan keçməsi xahiş olunur.
Müraciətlər mayın 29-u saat 21.00-a kimi qəbul olunacaq.
Qeyd edək ki, görüş mayın 30-u saat 12.00-da baş tutacaq.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri yayıldı
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər
- Aİ Şurası Ukraynaya 3.5 milyard avro tranş ödənişini təsdiqlədi
- Valentina Matviyenko: "Əməkdaşlığımız bütün sahələrdə inkişaf edir"