Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aleynanın yenidən yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Yanıq xəsarətləri alan beş yaşlı Aleynanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günay Hacıyeva məlumat verib.
O bildirib ki, qızı Aleyna bu il fevralın 27-də yanıb.
"Aleynanın 5 yaşı var. Biz İsmayıllıda yaşayırıq. Hamamda şərait olmadığı üçün suyu qazanda qaynadıb çimirik. Aleynanı çimizdirmək üçün su qızdırmışdım. Yanından keçərkən görməyib, köynəyi qazanın qoluna ilişib, suyu üzərinə dağıdıb. Həmin gün onu rayon xəstəxanasına aparsaq da, bizi Bakıya göndərdilər".
Günay Hacıyeva övladının müalicəsi üçün hazırda dəstəyə ehtiyacları olduğunu deyib.
"Biz Bakıda yerləşən xəstəxanalardan birində müalicə aldıq. Martın 9-da xəstəxanadan çıxıb evimizə, İsmayıllıya geri döndük. Həmin gündən də yalnız sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələrimizi edə bilirik. Aleynanın yaralarının, demək olar ki, hamısı sağalıb, qollarının arxasındakı yaralar isə hələ qalıb. Həkim mazları və dərmanları düzgün, vaxtında istifadə etsək, o yaraların da tam sağalacağını deyir. Buna görə yenidən sizə müraciət edirəm. Mazları və dərmanları almaq üçün bizim 450-500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən balama yenidən dəstək olmalarını, onu bu çətin yolda tək buraxmamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 310-54-88.
Uni Bank: 4098 0944 2140 8442.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Körpə Səlimin dəstəyə ehtiyacı var: Anası yardımsevər şəxslərə səslənir
- Altı yaşlı Mahirin yaşaması üçün sizin köməyinizə ehtiyacı var
- Əlləri yanan 10 aylıq körpənin dəstəyə ehtiyacı var