Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ali Məhkəmənin 24 illik xanım hakimi işindən ayrıldı
2024-cü il dekabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Mehparə Əhmədovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyini, bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış edərək, Mehparə Əhmədovanın kollektivdə ədalətli mövqeyi, səmimiyyəti və dürüstlüyü ilə böyük hörmət və nüfuz qazandığını qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mehparə Əhmədova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda Mehparə Əhmədovaya Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Vüqar Səfərlinin oğlu müsadirə edilmiş əmlakı geri tələb edir
- Ali Məhkəmədən kommunal xidmətlərlə əlaqədar yaranan borclarla bağlı mühüm qərar
- Ailə qurmağa razılıq verməyən qızı küçədə öldürən şəxslə bağlı qərar verildi
- Tanınmış hakim təqaüdə göndərildi
- Həyat yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR
Rəylər