Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ali Məhkəməyə iki yeni hakim təyin olunacaq
Bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Əli qızı Hüseyn və Gəncə Apellyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Teyyub Asif oğlu Muxtarov Ali Məhkəməyə hakim təyin olunacaqlar.
Ən çox oxunanlar
Rəylər