Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ali təhsil müəssisələrinə muxtariyyət veriləcək? - RƏSMİ
Ali təhsil müəssisələrinin reytinq cədvəlinin hazırlanacağı, rektorlar şurasının yaradılacağı və ali təhsil müəssisələrinə muxtariyyət veriləcəyi gözlənilir.
Bu barədə Trend-ə açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı bu istiqamətlərdə müzakirələrin olduğunu deyib.
Bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı üzərində iş gedir:
“İşçi qrup bir neçə dəfə görüşüb, müzakirələr olub. Hazır olandan sonra geniş ictimai müzakirəyə çıxarılacaq. Bütün mərhələləri keçdikdən sonra isə komitədə müzakirə ediləcək.
Söylədiyiniz məsələlər bu və ya başqa dərəcədə qanun layihəsində nəzərdə tutulub”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Rəylər