Amerikalı alim, DNT strukturunu kəşf edənlərdən biri Ceyms Uotsonun Nobel mükafatı “Christies” auksionunda 4,1 milyon dollara satılıb.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, 86 yaşlı Uotson mükafatını satmaq qərarına gələn ilk Nobel mükafatı laureatıdır.
Bundan başqa, Ceyms Uotsonun 10 dekabr 1962-ci ildə Stokholmda Nobel komitəsinin təntənəli mərasimindəki çıxışı üçün tezislərinin əlyazması da 200 min dollara, mühazirəsinin qaralaması isə 200 min dollara satılıb.
Alim bildirib ki, əldə olunan vəsaiti xeyriyyəçiliyə sərf edəcək.