Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniya səfiri: “Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var” - FOTO
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann məcburi köçkünlərin Qarabağ bölgəsinə qayıdışında “nəzərəçarpacaq irəliləyişin” olduğuna diqqət çəkib.
Bu barədə diplomat özünün “X” hesabında paylaşım edib.
“Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə təşəkkür edirik. Almaniya Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir”, - deyə o qeyd edib.
Köçkünlərin Qarabağa qayıdışında nəzərəçarpacaq irəliləyiş var. Maraqlı söhbətə və yaxşı əməkdaşlığa görə @idpgovaz sədri cənab Rövşən Rzayevə təşəkkür edirik. 🇩🇪 Almaniya 🇦🇿 Azərbaycana minatəmizləmə layihələrində və qaçqınlara qayğı sahələrində dəstək verir. pic.twitter.com/1mvn00FKBF
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) December 8, 2023
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya prezidenti Bakıdan paylaşım etdi
- Almaniyada qəribə hadisə: Polis saatlarla qadın kuklanın "qətlini" araşdırdı
- Almaniya İkinci Dünya müharibəsindən sonra ilkə imza atdı
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi