Azərbaycanın tanınmış əyləncə mərkəzlərindən olan Amburan Beach Club “SEREBRO” qrupunun avqustun 2-də istirahət mərkəzində baş tutacaq konsertini təxirə salıb.
Oxu.Az xəbər verir ki, Amburan Beach Club bununla bağlı Facebook-dakı rəsmi səhifəsində məlumat yerləşdirilib.
Həmin qeyd təqdim edirik:
“Hörmətli qonaqlar!
Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Millətimizin başı sağ olsun!
Bu hadisə ilə əlaqədər “SEREBRO” qruppasının konserti təxirə salınır”.