Amerikaya mühacirət edən azərbaycanlıları əsas bir məqam maraqlandırır: Amerikanın hansı şəhərində yaşamaq daha məqsədəuyğundur?
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün VOA əməkdaşları Amerikanı gəzməyə başlayıblar.
Onların fikrincə məhz Pittsburqu “Amerika Xəyalı”nın gerçəkləşdiyi şəhər kimi bilmək olar.
ABŞ-ın Pensilvaniya ştatının ikinci şəhəri olan, Forbes-ə görə 10 ən yaşamalı şəhərlərdən biri olan Pittsburqun 440-dan çox körpüsü, otelə oxşayan türməsi, evlilik təklifinin geri çəkilə bilməyəcəyi ən hündür nöqtəsi və niyə məhz bu şəhərin mühacirlər üçün uğurlu olduğunu bu sujetdə təqdim edirik.