Ötən gecə Şamaxı şəhər İstiqlaliyyət küçəsi 31 ünvanında bıçaqlanma hadisəsi qeydə alınıb. 17 yaşlı yeniyetmə xüsusi amansızlıqla anasını qətlə yetirib.
Oxu.Az Kanal S-ə istinadən bildirir ki, rayon sakini, 17 yaşlı Nağıyev Mahmud anası, 39 yaşlı Pərvanə Nağıyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib.
Mahmudun babasının sözlərinə görə, ailə 2009-cu ildə rəsmi şəkildə boşanıb. O gündən bu günə ailənin tək övladı Mahmud baba və nənəsinin himayəsində böyüyüb. Boşanmaya baxmayaraq, hər iki ailə münasibətləri normal şəkildə davam etdirib. Mahmud anasını ziyarət edib onunla da vaxt keçirirmiş. Amma ötən gün yaranan mübahisə xoşagəlməz sonluqla nəticələnib.
O, xalasıgilə gedərək üstündə gəzdirdiyi bıçaqla anasına 9 bıçaq zərbəsi endirib. Pərvanə Nağıyeva aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Mahmud polis şöbəsinə gələrək təslim olub. Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib. 17 yaşlı oğlanın anasını öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə, həyat yoldaşından ayrılan Pərvanə Nağıyeva oğlu tərəfindən qısqanclıq səbəbindən bıçaqlanıb.
Qonşuluqda yaşayanlar isə ailənin çox mehriban olduğunu bildirirlər.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
11:05
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Şamaxı rayonunun Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.
1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib.
Bədənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Nağıyeva hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib. 17 yaşlı oğlanın anasını öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə həyat yoldaşından ayrılan Pərvanə Nağıyeva oğlu tərəfindən qısqanclıq səbəbindən bıçaqlanıb.
Mahmud Nağıyev qadının yeganə övladıdır. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.