“Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, bu gün 113 nəfər vəkilliyə yeni namizəd var:
“Beləliklə ölkədə vəkillərin sayı 2 132 nəfərə çatacaq. İlk dəfə olaraq Azərbaycanda vəkillərin sayı 2100 nəfəri keçəcək”.
O qeyd edib ki, son illər ərzində ölkədə vəkillik sayında böyük islahatlar aparılır:
“Bu gün hər bir Azərbaycan vəkilinin elektron kabineti var. Eyni zamanda, dövlət hesabına hüquqi yardımın sahəsində də böyük islahatlar aparılır. Yalnız 2021-ci ildə 30 min vətəndaşa dövlət hesabına hüquqi yardım göstərilib. Vəkillər bu işi layiqincə, şərəflə yerinə yetirirlər. Ötən il şəhid ailələrinə, qazilərə pulsuz hüquqi yardım edilib”.
A.Bağırov əlavə edib ki, 110-a yaxın vəkil bürosu fəaliyyət göstərir.
İlhamə Əbülfət