İki yaşlı Əbülfəzin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun xalası Aygül Alməmmədova məlumat verib.
O bildirib ki, Əbülfəz böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir:
"Əbülfəzin iki yaşı var, doğulan gündən böyrək çatışmazlığından əziyyət çəkir. Hər zaman onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsaq da, son bir neçə aydır maddi olaraq tamamilə tükənmişik".
Aygül Alməmmədova Əbülfəzin anasının 7 ay əvvəl həyatını itirdiyini deyib:
"Bacım çox gənc yaşında xərçəng xəstəliyinə tutuldu. İnanın ki, bir göz qırpımında itirdik onu. Həmin gündən də onun övladına mən baxıram. Atası yanına gəlib gedir, maddi bacardığı qədər dəstək olur. Bacardığım qədər ona anasının yoxluğunu hiss etdirməməyə çalışıram, böyüyəndə ona nə cavab verəcəyimi indidən düşünürəm. O mənə bacımdan qalan yeganə əmanətdir. Bir müddət öncə sizin saytın izləyicilərinin dəstəyi ilə Əbülfəzin analizlərini Türkiyəyə göndərdik. Həkimlər təcili gəlib, orada digər müayinələrdən keçməyimizi tələb etdilər. Bunun üçün bizim ümumilikdə 2500 manata ehtiyacımız var idi. Əbülfəzin atası dostlarından 2 000 manat borc alıb, qalan məbləği isə tamamlaya bilmirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (077) 553-85-03.
Bank Respublika: 4244 4848 4305 6726.
Rəylər