Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ANS bağlandıqdan sonra AzTV-yə keçən əməkdaşlar – SİYAHI
Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) işə başlayıblar.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.
Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.
AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.
A.M.
"Röya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar