Mənim səhhətimdə problem yaranıb. Məhz səhhətimlə əlaqədar 20 günlük müalicə kursu götürdüm.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a şair, bu günlərdə baş redaktoru olduğu 1937.az saytından uzaqlaşdırılan Aqşin Yenisey bildirib.
Şair deyib ki, onun yazıları 1937.az-da həmişə çap olunacaq:
“İstirahət müddəti götürdüm. 20 gündən sonra 1937.az saytına qayıdıb-qayıtmayacağımı yalnız rəhbərlik deyə bilər. Ola bilsin ki, desinlər, geri qayıdım. Amma mən istirahətdə olsam da, yazılarım orada çap olunur. O saytda həmişə yazılarım çap olunacaq”.
Qeyd edək ki, şairin son vaxtlar spirtli içkiyə qurşandığı bildirilir. Səhhətindəki problemlər də məhz bu məsələ ilə bağlıdır.