“ASAN” Xidmətin Yasamal rayonunda yerləşən 3 saylı filialında karantin qaydaları pozulub.
İnsanların qapalı məkanlarda sosial məsafə gözləmədən sıx toplaşması, bəzilərinin isə ümumiyyətlə tibbi maskadan istifadə etməməsi pandemiya dövründə ciddi narahatlıqlara səbəb olur.
Baku TV əməkdaşları məsələ ilə bağlı qurumun Mətbuat Xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, bir-neçə gün əvvəl sosial media hesablarında belə halların yaşanmaması üçün insanlara çağırış ediblər.
Qeyd olunub ki, “ASAN” Xidmət və “ASAN” Kommunal mərkəzlərinə vətəndaşların qəbulu zamanı onların tibbi maskadan istifadəsi mütləqdir.
Daha ətraflı Baku TV-nin süjetində: