Astarada üç kənddə qaz olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan etibarən Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12