Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ata balasına kömək üçün yalvarır: "Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
2 yaşlı Zərifin sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Pərviz Əbilov məlumat verib.
O bildirib ki, övladı qan xərçəngi ilə mübarizə aparır:
"Bir neçə ay əvvəl qızımın kəskin leykozla mübarizə apardığını öyrəndik. Bir müddət Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə aldı. Lakin müalicə üçün Belarusa getməyimiz məsləhət görüldü. Oradan isə bildirildi ki, bu xəstəliklə mübarizə üçün 5 kurs müalicə lazımdır. Hər kursu isə 16 min dollardır. Qızımın xəstəliyini öyrənən kimi bütün dəyərli əşyalarımızı, o cümlədən mətbəx mebelimizi, televizorumuzu satdıq. Amma bu pulu toplamaq bizim üçün imkansızdır. Özüm taksi sürücüsü işləyirəm, yoldaşım isə evdar qadındır. Bizim Zərifdən başqa bir övladımız da var. O, isə 5 aylıqdır. Buna görə də maddi olaraq tükənmişik.
Zərifin cəmi iki yaşının olmasına baxmayaraq, çox böyük ağrılara dözür. Bütün günü ağlayır. Bir ata olaraq qızımı bu vəziyyətdə görmək məni məhv edir. Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır. Xalqımızdan xahiş edirəm, bizə dəstək olsunlar. Bu çətin günlərin öhdəsindən bizim təkbaşına gəlməyimiz mümkünsüzdür".
Əlaqə nömrəsi: 050 695 02 06
Kapital bank: 4169 7388 5460 3556
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib