Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Atası atıb, babası müalicəsi üçün mal-qarasını satıb: Elnurun dəstəyə ehtiyacı var - FOTO
İki yaşlı Elnur böyrək çatışmazlığından əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Ofeliya Nəcəfzadə məlumat verib.
O bildirib ki, övladı anadan olandan sonra bu xəstəlikdən əziyyət çəkdiyini öyrəniblər.
“Elnurun iki yaşı var, anadan olandan sonra onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də elə çətin günlərimiz başladı. Xəstəliyi olan körpə uşağa baxmaq, inanın, çox çətindir. Müayinələr üçün əlimizdə olan mal-qaranı satıb Türkiyəyə yollandıq. Oradakı həkimlərin dediyi müalicələri edirik. Sonuncu dəfə üç ay əvvəl müayinə üçün gedə bilmişik”.
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
“Elnur mənim yeganə övladımdır. Atası da 6 aylıq olarkən atıb getdi. Məni anam və atam himayə edirlər. Uşaq həm xəstə, həm balacadır, ona görə də işləyə bilmirəm. Özümüz də Daşkəsəndə yaşayırıq. Elnuru ötən həftə yenidən müayinəyə apardıq, həkimin yazdığı dərmanları almaq üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 594-85-10.
Kapital Bank: 4169 7388 3634 8113.
Rəylər