Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Anası fəryad edir
11 yaşlı Həsən ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Gülbəniz Nəzirova məlumat verib.
O bildirib ki, Həsən 4 yaşında olarkən atası vəfat edib:
"Tək anayam. Həsəndən başqa heç kimim yoxdur. Balamla nəfəs alıram. O, ağır xəstəliklə mübarizə aparır. Ona kəskin leykoz diaqnozu qoyulub. Həsən hazırda Bakıda xəstəxanaların birində müalicə alır, sümük iliyi nəqli olmalıdır. Bunun üçün bizə 75 min dollar lazımdır. Xalqımdan xahiş edirəm, balamı xilas etmək üçün mənə kömək olsunlar".
Əlaqə nömrəsi: 050 976 61 74
Kapital bank: 4169738830974154
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- İki övladı da xəstə olan ana: "Xalqıma yalvarıram, balalarımın yaşaması üçün bizə dəstək olun"
- Yanıq xəsarətləri alan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır: 1 100 manata ehtiyacları var
- Xərçəng xəstəliyindən əziyyət çəkən ər-arvad: "Tək arzumuz bircə balamızın toyunu görməkdir"
- Ağır yanıq xəsarətləri alan Zəhranın anası: "Balamın qarşısında çox çarəsizəm"
- Səkkiz yaşlı Zəhranın 20 günü qalıb: Təcili Türkiyəyə yollanmalıdır
Ən çox oxunanlar