Azərbaycanlı dizayner Gülşən İbrahimovanın bir gününü izləmək imkanı əldə edilib.
Oxu.Az xəbər verir ki, buro247.az dizaynerin moda evinin qonağı oldu.
Sayt Gülşən İbrahimovanın iş prosesini canlı izləyib.
Atelyedə hər bir paltar əl işidir, böyük zəhmətlə tikilir və analoqu yoxdur. Dəbdəbəli parçalar - təbii ipək, şifon, orqanzanın təkrarolunmaz görünüşü var.
Gülşən iş prosesinin ona böyük zövq verdiyini və çalışdığı zaman xoşbəxt olduğunu deyir.
Qeyd edək ki, Gülşən İbrahimova ATV-nin eks prezidenti Tağı İbrahimovun qızıdır.
E.Ə.
www.oxu.az